Türkiyənin Dənizli vilayətində FETÖ (Fətullahçı Terror Örgütü) ilə mübarizə çərçivəsində növbəti əməliyyat keçirilib.

Unikal.org xəbər verir ki, Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu dəfə polislərin hədəfi "Aynes" qida şirkəti olub. Əməliyyat zamanı şirkət idarə heyətinin üzvü olan 17 nəfər polis tərəfindən saxlanılıb. 
Çevik polis, Terrorla mübarizə idarəsi və Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin həyata keçirdiyi əməliyyat vaxtı qida şirkətinin ortaqları Növzat Sərin, Mehmet Əli Özkan və Ayhan Batur da saxlanılıb. Polis saxlanılan şəxslərin evlərində axtarış aparıb, 7 nəfərin axtarışı isə davam edir.
olke.az