2017-ci ildən ABŞ-ın bütün bələdiyyə yaşayış komplekslərində siqaret çəkmək qadağan ediləcək. Bu qərar amerikalılara zərərli vərdişi tərgitmək üçün məhdudlaşdırıcı ölçülərin uzun zəncirində növbəti halqadır.
Unikal.org amerikalıların tütün məhsullarına olan münasibətinin tarixini öyrənib.
Ruhlar üçün yarpaqlar
"Deyirlər ki, ruhlar tütünü çox sevir və onu yalnız ya tüstü vasitəsilə, ya da hədiyyə olaraq hindlilərdən almağı bacarırlar, - Viskonsin ştatının Miluoki (hindi cəmiyyəti) ictimai muzeyinin saytında danışılır.
Tütün yerli amerikalıların həyatında böyük rol oynayırdı və onu adətlərə uyğun olaraq müxtəlif formalarda tətbiq edirdilər. Məsələn, ovçular yürüş zamanı şəlalə, ağac və ya qeyri-adi daşla qarşılaşacağı halda, xırdalanmış tütün yarpaqlarını torpağın üstünə qoyurdular. İddiaya görə, ruhlar məhsul yığımı, güclü tufan və ya yaxınlarının dəfnində tütün tüstüsünə daha meylli olurlar. Tütün yarpaqları həmçinin diplomatiya aləti idi: dərin qullabla böyük müqavilələrin nəticəsini qeyd edirdilər.
Ağ insanın tütünü
Kolonistlərin Amerika qitəsinə gəlişi ilə tütünün becərilməsi kökündən dəyişdi: torpağın yeni sahiblərini ruhlar deyil, pul maraqlandırırdı.
Çesapik körfəzində yerləşən Starıy Svet tütün istehsalının əsas mərkəzlərindən birinə çevrildi. Virciniya çayı boyunca nəhəng tarlalar uzanırdı. Əkinçilik üçün əlverişli regionda ticarəti Qlazgodan gələn "tütün lordları əllərinə keçirdilər. Onlar pul qazanmaq üçün çirkli oyunlardan da çəkinmirdilər. Tütün becərən amerikalılara kredit verən inhisarçı şotlandiyalılar tütün yetişəndə onun alış qiymətini kəskin aşağı salırdılar. Nəticədə, amerikalılar demək olar ki, malını hamısını satır, amma kredit borcunu ödəyə bilmirdilər. Tütündən alınan pul isə yalnız faizlərin ödənilməsinə çatırdı.
Çoxmilyonlu borclar altında qalan kolonistlər avropalılara nifrət edirdilər. Bu isə müstəqillik üçün müharibəni qızışdıran amillərdən biri oldu. Şotlandiya "lordlarından olan ABŞ-ın birinci və üçüncü prezidenti - Corc Vaşinqton və Tomas Ceferson zərərçəkənlər arasında idilər.
Tütünün məşhurluğu erkən Amerika quldarlıq cəmiyyətinin formalaşmasına imkan yaradırdı. Tütün bumuna qədər ağlar və qaralar Çesapik körfəzinin tarlalarında birgə işləyirdilər, ancaq iş qüvvəsinə ehtiyac yerli fermerləri Afrikadan qulları kütləvi gətirməyə məcbur etdi. XVIII əsrdə bu rayonda qaradərililərin sayı yüz mindən bir milyona qədər artdı. Qaradərili qulların işçi briqadalarına ağ nəzarətçilər tərəfindən nəzarət edilirdi. Beləliklə, "Cim Krou qanunları ilə möhkəmləndirilmiş və yalnız XX əsrin ikinci yarısında ləğv edilmiş irqi bərabərsizliyin əsasları qoyulmuşdu.
ABŞ-da tütünü çeynəyir, boruları və eşmə papirosları tütünlə doldururdular. Əl ilə hazırlanan siqaretlər çox da məşhur deyildi. XIX əsrin başlanğıcında tütün həvəskarlarının təxminən 40 faizi ondan bu qayda ilə istifadə edirdi.
1865-ci ildə Şimali Karolina ştatından olan Vaşinqton Dyuk siqaretlərin istehsalını və satışını xüsusi qaydaya saldı. Amma siqaret əvvəlki kimi əl ilə hazırlanırdı: peşəkar usta bir dəqiqə ərzində dörd eşmə papiros istehsal edə bilirdi.
Tütün sənayesində inqilab 1881-ci ildə baş verdi. İxtiraçı Ceyms Bonsak gündə 120 min siqaret istehsal edə bilən dəzgahı təqdim etdi. O, Vaşinqton Dyukun oğlu Ceymslə tütün nəhəngi - "American Tobacco Company şirkətinin banisi oldu.
Şirkət fəaliyyətinin ilk ilində on milyon, beş il sonra artıq bir milyard siqaret buraxdı. Standart, rahat və ucuz siqaretlər bütün arzu edənlərin onlarla tanış olmasına imkan yaratdı. Siqaretləri sonradan əsgər payına daxil etdilər və ona tələbat dəfələrlə artdı. 1944-cü ildə 300 milyard siqaret buraxılırdı, onun 75 faizi isə orduya yönəldilirdi.
Mədəni iz
Məşhur hollivud aktyoru Hamfri Boqartı yandırılmış siqaretsiz təsəvvür etmək mümkün deyil. Amerikanın marixuana həvəskarları arasında hətta "boqartit sözü geniş yayılmışdı. Tütün tüstüsü nuar janrından olan filmlərin vacib atributu idi.
1992-ci ildə Hollivud tarixçisi Eldjin Harmes "The New York Times nəşrinə "Kinonun tüstü ilə yazılmış tarixi məqaləsini dərc etdi. Onun sözlərinə görə, siqaretlər ekranda bir çox funksiya yerinə yetirirdi. Məsələn, siqaretlərin markası üzrə qəhrəmanın sosial statusunu müəyyən etmək mümkün idi, siqaret təklifi tez-tez seks təklifini simvollaşdırdı.
"Malboro insanı - 1954-cü ildə siqaretləri reklam edən personaj hamıya yaxşı tanışdır. Kovboy, kapitan, ağır atletika idmançısı, inşaatçı və hərbi müxbirin "Malboro insanı kimi təsviri nəzərdə tutulurdu. Ancaq sonra kovboy obrazı məşhurluq qazandı və qalanlarından imtina etmək barədə qərar verildi.
Kovboy filtrli siqareti kişilər arasında məşhurlaşdırmalı idi. Reklamda sağlamlıqla bağlı problemlərə heç toxunulmurdu. Nəticə möhtəşəm idi: iki il ərzində siqaretlərin satışından "American Tobacco Companyşirkətinin gəlirləri 5 milyard dollardan 20 milyard dollara qədər artdı.
Müxtəlif illərdə məşhur kovboy rolunu icra etmiş dörd insan siqaretin çəkilməsi nəticəsində yaranan xəstəlikdən ölür. Bunun üçün reklam olunan qırmızı siqaretlər "kovboyların qatili ləqəbini aldı.
Sağlamlıq üçün mübarizə
Siqaret məşhurlaşdıqca onların sağlamlığa ziyanı haqqında daha çox fikirlər səslənirdi. Stenford Universitetinin tarixçisi Robert Proktorun yazdığı kimi, həkimlər siqaretin yayılmasına kimi xərşəngi fövqəladə nadir xəstəlik hesab edirdilər. Belə ki, həkim karyerası boyu yalnız bir dəfə xərçəng xəstəsi ilə rastlaşa bilərdi. İndi isə hər il bu xəstəlikdən yarım milyon insan ölür.
XIX əsrin sonunda alman alimləri tütün və xərçəng arasında əlaqənin mövcud olduğunu bildirdilər. Ancaq onların bu fikri qəti təsdiq edilməmişdi. XX əsrin başlanğıcında düşünürdülər ki, xəstəliyə yeni avtomobil yollarından qalxan asfalt tozu səbəb ola bilər. Ötən yüzilliyin ortalarında heyvanlar üzərində aparılan sınaqlar və elmi araşdırmalar siqaretin çəkilməsi ilə xərçəng xəstəliyi arasında olan dəqiq əlaqəni aşkarladı. 1954-cü ildə Amerika Onkologiya Cəmiyyəti sağlamlığın qorunması üçün ölkə vətəndaşlarını zərərli vərdişdən imtina etməyə çağırdı.
1964-cü ildə ABŞ-ın baş sanitar həkimi araşdırmaların nəticələri ilə bağlı məruzə dərc etdi. Üç il sonra Federal komissiya qərara aldı ki, tütünün hər üç reklam çarxına onun ziyanı haqqında bir sosial reklam hazırlanmalıdır. 1969-cu ildə televiziya və radioda tütün məmulatlarının reklamı qadağan olundu.
Hazırda ictimai müəssisələr, iş yerləri, milli parklar və çimərliklərdə siqaret çəkmək qadağandır.
Hollivud filmlərində 1998-ci ildən tütün markası yoxdur. "Paste Magazine yazır ki, filmlərdə siqaretin çəkilməsi əksər hallarda zərərli vərdiş kimi göstərilir. Məsələn, "Personaj filminin qəhrəmanı Emma Tompson siqaret çəkir, amma hər siqaretdən sonra xoşagəlməz öskürür.
Bütün bunlar siqaret çəkənlərin ümumi sayına təsir etdi. Xəstələnmənin profilaktikasına nəzarət üzrə mərkəzlərin məlumatına görə, əgər ölkədə 1965-ci ildə əhalinin 40 faizindən çoxu siqaret çəkirdisə, hazırda bu göstərici 16,8 faizdir. Bu göstərici həmçinin son illərdə elektron siqaretlərdən istifadənin artması ilə izah olunur. Ancaq həkimlər bildirirlər ki, elektron siqaretlər zərərli vərdişdən imtinanın effektiv üsulu hesab edilmir.publika.az