İsrail Türkiyə ərazisində törədilən hər bir terror aktını pisləyir və Ankaradan cavabında analoji addımı gözləyir.

Unikal.org xəbər verir ki, bu bəyanatla yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu çıxış edib.

O hesab edir ki, terrorçuluqla mübarizə ümumi olmalıdır.

"Terrorun pislənməsi, onun qarşısının alınması kimi qarşılıqlı olmalıdır. İsrail dövləti bunu münasibət saxladığı bütün ölkələrdən, o cümlədən Türkiyədən də gözləyir", - deyə baş nazir vurğulayıb.