Çexiya paytaxtı Praqada naməlum şəxs polisə zəng vuraraq şəhərin əsas vağzalına bomba qoyulması barədə məlumat verib.
Unikal.org-un verdiyi məlumata görə, bu xəbərdən sonra polis vağzaldakı bütün insanları təxliyyə edib. Təxminən bir saat ərzində vağzalda qatarların qəbulunda fasilə yaranıb. Aparılan axtarışlar zamanı heç bir partlayıcı qurğu aşkar edilməyib.
Axtarışlardan sonra vağzalda qatarların hərəkəti bərpa olunub.