Ukraynanın Daxili İşlər naziri Arsen Avakov istefaya gedib.
Bu iddia ilə "Xarkov" nəşri çıxış edib.
8 dekabr tarixində Nazirlər Kabinetinə - Baş nazir Vladimir Qroysmana Avakovun istefası haqda ərizənin daxil olduğu bildirilir.
İddialara görə, Avakov istefa ərizəsini təqdim etdikdən sonra Ukraynadan çıxıb.
Qeyd edək ki, Ukraynada yaşayan soydaşlarımıza qarşı aqressiv mövqeyi ilə seçilən, hakimiyyətdə rüşvətxor və kriminal ünsürlərin himayəçisi kimi tanınan Avakova qarşı bir neçə gündür kütləvi etirazlar başlanmışdı.