Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

Unikal.org-un məlumatına görə, tədbirdə ilk olaraq, Azərbaycan Respublikasının himni səslənib, Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Fazil Qəzənfəroğlu, Jalə Əliyeva və digər görkəmli nümayəndələr iştirak ediblər.Çıxış edənlər Ulu Öndərin xalqımız, vətənimiz qarşısında göstərdiyi xidmətlərindən danışıblar.

Tədbirdə incəsənət ustalarından Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev çıxış edib.
Bakı şəhər Kino Xidməti idarəsinin hazırladığı "Xalqa bağışlanan ömür adlı sənədli filmi nümayiş olunub.

Tədbirdə iştirakçılara Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin orkestrinin ifasında sözləri Həsən Kamala, musiqisi isə əməkdar artist Elza Seyidcahana aid Ulu Öndərə həsr olunmuş Elegiya əsəri ilk dəfə olaraq təqdim olunub.

Sonda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova çıxış edərək, Ulu Öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb. O, qısa bir müddətdə "Elegiya əsərinin ərsəyə gəlməsində Azərbaycan Ali Hərbi Məktədin orkestrinə, əsərin müəllifi Elza Seyidcahana, yaradıcı heyətə Təşəkkürnamə təqdim edib.axşam.az