"Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar".

Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, reket jurnalistlər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: "Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək".