ABŞ prezidenti Barak Obamanın Çində oxşarı var. Çinli aktyor, 30 yaşlı Szyao Sziqo Birləşmiş Ştatların dövlət başçısına çox bənzəyir.
Unikal.org AsiaOne-a istinadən bildirir ki, Obamaya bənzəmək üçün illərlə çalışdığını, zəhmət çəkdiyini, hətta plastik cərrahiyyə əməliyyatlarına məruz qaldığını söyləyən Szyao Sziqo filmlərə və reklam kliplərinə çəkilmək üçün sürəkli dəvətlər alır.
"ABŞ-ın artıq yeni prezidenti var və o, Donald Trampdır. Ümid edirəm ki, Barak Obama Ağ Evi tərk edəndən sonra karyeram başa çatmaz", - Çinin mərkəzindəki Siçuan vilaətində yaşayan Sziqo söyləyib.
O, 2012-ci ildə "Chinese Dream Show"ya qatılandan sonra məşhurlaşmışdı.
Həmin vaxta qədərsə o, ofisiant işləyirdi.