Malayziyanın Saravak ştatında Bau şəhəri yaxınlığında yerləşən Brik dağına qalxarkən ən azı 33 alpinist itkin düşüb.

Unikal.org xəbər verir ki, bu barədə "Star qəzeti məlumat yayıb. Alpinistlər qrupunun itikin düşməsinə dair məlumat bazar ertəsi səhər yayılıb. Cədvələ uyğun olaraq onlar zirvəyə yürüşə şənbə günü başlayıblar və bazar günü geri qayıtmalı idilər.

Nəşrin məlumatına görə, itkin düşənlərin axtarışına bir qrup xilasedici göndərilib. Xilasedicilər qrupuna yerli sakinlərdən könüllülər də qoşulub.