Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Beşiktaş deyilən ərazisində reallaşan terror hücumunda yaralanan şəxslərə baş çəkmək üçün xəstəxanaya gəlib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralı polisləri ziyarət edən Ərdoğan həkimlərdən onların səhəti ilə bağlı maraqlanıb.
Ziyarəzamanı Ərdoğan yaralı polis arasında maraqlı dialoq yaşanıb. Yaralı polis partlayış anını telfonunda Ərdoğana göstərib.
Ərdoğan ondan evli və ya subay olmasını soruşub. Yaralı polis bir ay əvvəl evləndiyini Ərdoğana bildirib.
Prezident bütün subay polislərə evlənməyi töfsiyyə edib.
Qeyd edək ki, dünən İstanbulda iki partlayış törədilib. İstanbulda futbol stadionu yaxınlığında törədilən partlayış nəticəsində hazırkı məlumata görə 44 nəfər ölüb, 150-dən çox yaralı var.