Avstraliyada ingilis vətəndaşı cib telfonu iləmağazalarda geyinib-soyunma otağında gənc qadınların şəkillərin çəkdiyi üçün həbs edilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 100-dən çox qadının şəkilini çəkib sosial şəbəkələrdə paylaşan 28 yaşlı oğlan polis tərəfindən saxlanılıb.
Adı açıqlanmayan adam soyunma kabinlərin üstündən telefonla çəkiliş edərkən başqa bir müştəri onu görüb və dərhal polisə xəbər verib.
Avstraliya polisi, 28 yaşındakı adamın şənbə günü Queensland əyalətindəki Sunshine Coast şəhərində bir mayo mağazasında tutulduğunu açıqlayıb.
Polis saxladıqları şəxs tərəfindən qadın görüntülərinin çoxunu xüsusi bir facebook hesabına yükləndiyini açıqlayıb.