Təqaüddə olan fransalı həkim Parisdə təsadüfən Leonardo da Vinçinin 15 milyon avro dəyərində olan rəsmini aşkar edib.
Unikal.org-un məlumatına görə, bu barədə "Telegraph nəşri hələ martda kişinin atasına məxsus olan, bir bağlama şəkili Tajan hərrac evinə gətirərkən məlumat yaymışdı.
Hərrac evinin əməkdaşı rəsmlərin arasında müqəddəs Sebastyanın təsvirini görüb. Təsvirdə ağaca bağlanmış müqəddəs Sebastyanın rəsmi mürəkkəblə işlənmişdi. Bir müddət sonra ekspertlər bu əsərin Leonardo da Vinçiyə aid olduğunu aşkar ediblər.
Daha öncə Leonardo da Vinçinin digər işinə görə mübahisə "Sotheby`s hərrac evi ətrafında qalmaqala səbəb olmuşdu.