"Xorvatiya hökumətindən Rusiya təhdidi haqqında bəyanatlar eşitmək çox təəccüblüdür".
Unikal.org axar.az-a istinadən xəbər verir ki, bunu "Sputnik" agentliyinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Xorvatiya prezidenti ilə şəxsən tanış olduğunu deyən Lavrov Moskvanın Zaqreblə dost olmaq istədiyini bildirib.
O, Rusiyanın Balkanlarda heç bir konflikt planlaşdırmadığını söyləyib.
Qeyd edək ki, bundan öncə Xorvatiya prezidenti Kolinda Qrabar Kitaroviç Moskvanın Balkanlara böyük təsirinin olduğunu bildirib. O, Rusiyanın bəzən bölgə ölkələrinin daxili işlərinə qarışdığını da söyləyib. Rusiya təhdidinin Balkanlarda artdığını söyləyən xanım prezident hətta bölgədə yeni hərbi konflikt təhdidinin yarandığını bildirib.