Dubayın məhşur "Palma adasında yerləşən lüks yaşayış binalarının birində yanğın baş verib.
Unikal.org-un məlumatına görə, bu barədə The New York Times xəbər verir. Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın gecə saatlarında başlayıb və bir neçə mərtəbəyə yayılıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.
Hökumət rəsmiləri Okeana yaşayış binasında baş verən yanğında xəsarət alanların olmadığını bildiriblər.