Tələbələr kollecdə dərslərdən yaxşı qiymət almaq üçün müəllimlərini intim xidmətlər göstərən xanımlarla tanış edib.
Unikal.org xəbər verir ki, qeyri-adi hadisə Nigeriyanın cənubunda yerləşən Edo ştatında baş verib. Tələbələr intim münasibətdə olmaq istəyən müəllimləri üçün fahişələr tapıb. Oğlan tələbələr müəllimlərlə razılaşdırılmış hərəkət ediblər.
Hətta fahişələrin aparılacağı oteli müəllimlər özləri seçiblər. Tələbələr fahişələrin qalması üçün otel və yemək pullarını öz üzərlərinə götürüblər. Müəllimlər hansı tələbənin xidmətindən razı qalsa ona yaxşı qiymət yazırmış.
Müəllimlər və tələbələrin hərəkətlərindən xəbər tutan məktəb rəhbərliyi onlar barədə tədbir görmək qərarına gəlib. Araşdırmalar nəticəsində tələbələrlə əməkdaşlığı ortaya çıxan 12 müəllim işdən azad olunub, 16 müəllimin vəzifəsi aşağı endirilib, 4 müəllimə isə xəbərdarlıq edilib.