Avstraliyada İngiltərə vətəndaşı saxlanılıb.
Unikal.org BBC-yə istinadla bildirir ki, o, alış-veriş mərkəzindəki geyinib-soyunma otağına kamera qoymaqda günahlandırılır.
Kabinədə kamera olduğunu hiss edən müştərilərdən biri bu barədə polisə xəbər verib. Polis araşdırma aparıb, həmin şəxsin kimliyini müəyyən edib. 28 yaşlı ingilis saxlanılıb. O, yaxın günlərdə məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, 28 yaşlı ingilis kameranı yerləşdirdiyi müddət ərzində 100 qadını soyunarkən videoya çəkib.