Filippinli gözəllər köpək balıqları ilə bikinidə üzüb, şəkil çəkdirdiklərinə görə, ekoloqlar tərəfindən sərt tənqid olunublar.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, aktivistlərin etirazına baxmayaraq, "Dünya gözəli müsabiqəsinin təşkilatçıları bu əməllərindən əl çəkməyiblər.

Təşkilatçılar tamaşaçıların diqqətini müsabiqənin finalına cəlb etmək üçün Sebu adasının sahilində belə bir promoaksiya keçirmək qərarına gəliblər. Final 2017-ci ilin yanvarında, Filippində keçiriləcək.

Ekoloqlar daha əvvəl turistlərdən balina cinsli köpək balıqları ilə şəkil çəkdirməməyi tələb ediblər, çünki bu onların həyat şəraitinə mənfi təsir göstərir. Turistlər qayıqla bu balıqlara yaxın üzürlər, bu isə balıqların qayığa toxunaraq travmasına səbəb ola bilər.

Balina cinsli köpək balıqlarının uzunluğu 18-20 m-ə çatır. Onlar planktonlarla qidalanırlar.