ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya endirdiyi aviazərbə nəticəsində İŞİD terror qruplaşmasının üç komandiri məhv edilib. Öldürülən terrorçulardan ikisi Sahal Qurmat və Sami Cedu ötən ilin noyabrın 13-də Parisdə törədilən terror aktları ilə birbaşa əlaqəli olub.
Unikal.org-un "TASSa istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bildirib.
Qeyd edək ki, 2015-ci ilin noyabrın 13-də törədilən terror aktları nəticəsində 130 nəfər ölüb, 350 nəfər yaralanıb.