Sərxoş müğənni gənc qıza təcavüz etdi
Unikal.org xəbər verir ki, ingiltərəli müğənni Oritse Villiams həbs edilib. O, 20 yaşlı qıza təcavüz edib. Hadisəni boynuna alan Oritse qızı gecə kulubundan çıxdıqdan sonra zorladığını deyib.
"Sərxoş idim. Nə edəcəyimi bilmirdim", - deyə Villiams vurğulayıb.
Qeyd edək ki, ifaçının albomu bu günə qədər 10 milyon insan tərəfindən alınıb. O, 2013-cü ildə rəqs yarışmalarının birində qalibiyyət də əldə edib.