İsveç hakimiyyəti bələdiyyələrə mümkün hərbi münaqişəyə hazırlığı gücləndirmək barədə təlimat verib.

Unikal.org "RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli "Svenska Dagbladet nəşri bildirib.

Məlumata görə, Mülki müdafiə işləri üzrə Agentlik təlimatı regional hakimiyyətlərə göndərib. Təlimatda böhran vəziyyətləri və müharibə təhlükəsi şəraitində dövlət orqanlarının qarşılıqlı münasibətlərinin gücləndirilməsi ehtiyacından danışılır. Məqalədə İsveçin potensial rəqibinin kim olduğu isə xatırlanmır.

Nəşr yazır ki, təlimat İsveç rəhbərliyinin artan qorxularının ilk göstəricisi deyil. Ötən il İsveç hökuməti milli özünümüdafiə proqramının genişləndiriilməsi üçün əlavə maliyyə vəsaitini ayırmağa qərar verib. Bir müddət əvvəl isə Stokholm 30 il ərzində ilk dəfə ictimaiyyətə "hərtərəfli müdafiə strategiyası layihəsini təqdim edib.

"Heç bir əlamət yoxdur ki, İsveçi müharibə gözləyir, - deyə Mülki müdafiə işləri üzrə Agentliyin nümayəndələri hesab edirlər.

Nəşrin həmsöhbəti həmçinin qeyd edib ki, təlimatın hazırlanması barədə göstəriş birbaşa ölkə rəhbərliyindən daxil olub.

Bu ilin sentyabrında "Dagens Nyheter nəşri yazıb ki, İsveç silahlı qüvvələri Rusiya tərəfindən yarana biləcək mümkün təhlükə barədə informasiyaları əldə etdikdən sonra bu ölkənin hökuməti Baltik dənizinin Hotland adasında daimi hərbi kontingentini yerləşdirmək qərarına gəlib. İsveç KİV-lərinin yazdığına görə, bu təhlükənin mövcudluğu sübuta yetirilib və onun təfərrüatları hərbi sirr kimi saxlanılır.

İlin əvvəlində isə Rusiya xarici işlər naziri Sergey Lavrov İsveçə xəbərdarlıq edib. Nazir bildirib ki, İsveç NATO-ya daxil olarsa, Moskva dərhal əks-tədbirlər həyata keçirəcək: "İsveç NATO-ya daxil olarsa, bizdə o dəqiqə onların Rusiyaya hücum edəcəyi ilə bağlı fikir yaranmayacaq. Amma bu halda İsveçin ordusu, hərbi infrastrukturu NATO baş komandanlığına tabe olacaq. Bu halda isə biz, əlbəttə ki, cavab tədbirləri həyata keçirəcəyik.