Unikal.org xarici mediaya istinadən xəbər verir ki,ABŞ Federal Ticarət Komissiyası tərəfindəninternet üzərindən satılan oyuncaqların çirkin üzlərini ortaya çıxarmaq məqsədilə FTB-yə şikayət olunub. Komissiya iddi edir ki, internetdən uşaqlarınız üçün satın aldığınız oyuncaqlardan bəziləri xəbəriniz və ya razılığınız olmadan uşağınızın şəxsi həyatını təhlükəyə atır.
Şikayət əsasən "ağıllı" uşaq oyuncaqlar istehsalçısı Genesis Toy və "Ağıllı robotla danışan oyuncaqlar istehsalçısı Nuance Communicationslə bağlıdır. Komissiya istehlakçıların qaydaları pozduğunu iddia edir.
Həmin oyuncaqlar uşaqların adları, valideynlərinin adları, ən sevdikləri TV şouları, ən sevdikləri yeməklər, məktəb, məhəllə və oyuncaq kimi şəxsi məlumatları toplayır. Bu da uşaqların həm şəxsi, həm də ailələrinin həyatı üçün təhlükə yarada bilər. Əvvəlcədən proqramlaşdırılmış bu oyuncaqların həm də gizlin reklam işləri apardıqları deyilir. Belə ki, bu oyuncaqları istifadə edən uşaqlarda Disney heyranlığı yaranır, Disneyland-ə getmək istəyirlər, Disney filmləri seyr etmək üçün can atırlar.
Şikayətdə ən əsası isə bu oyuncaqların uşaqların söhbətlərini qeydə aldığı, daha sonra səs fayllarını valideynlərinin icazəsini almadan Nuance tərəfindən işlədilən bir serverə ötürüldüyü iddia edir. Koalisiya ittiham edir ki, bu əməl Uşaqların Məxfiliyini Qoruma Qanununu pozur.
Nuance FTB tərəfindən məsələ ilə bağlı hələ ki, istintaq aparılmadığını açıqlayıb. Genesis Toys isə məsələ ilə bağlı izahat tələbinə cavab verməyib.
Qeyd edək ki, bu, məxfiliyin pozulmasıyla bağlı təqsirləndirilən ilk oyuncaq hadisəsi deyil. Ötən il Mattelin 75 dollarlıq "Hello Barbisi vasitəsilə kompüter piratlarının uşaqların ev ünvanlarını öyrəndiyi açıqlanmışdı.