Türkiyəli aparıcı Armağan Çağlayan ötən gün "Teve2 kanalında yayımlanan "Hepsi Bugün Oldu" verilişində göz yaşlarına hakim ola bilməyib.

Unikal.org-un "Posta.com.trə istinadən məlumatına görə, aparıcı verilişində Beşiktaşdakı terrorla bağlı insanların paylaşımlarını oxuyub.

İnsanların hücuma münasibəti Armağanı təsirləndirib və o, canlı yayımda qəhərlənərək sözünü yarımçıq qoyub.

Qeyd edək ki, İstanbulun Beşiktaş rayonunda dekabrın 10-da terror hadisəsi baş verib. Hadisə nəticəsində 38 nəfərin şəhid olduğu, 150-dən çox insanın isə yaralandığı deyilir. Onların əksəriyyəti polislərdir.

Rəsmi məlumata görə, partlayışı törədənlərdən biri canlı bomba olub.

;