ABŞ-da bir xanım qeyri-adi doğum həyata keçirib.
Unikal.org xəbər verir ki, 26 yaşlı Amanda Francis yoxlanmaq üçün həkimə gedib. Həkimlər ona iki aylıq hamilə olduğunu deyib. Evə gəldikdən sonra iki aylıq hamilə olduğu halda birdən sancıları başlayıb.
Amanda həkim yoxlamasına gedib. O, övladının tələf olduğunu düşündüyü halda sağlam bir uşaq dünyaya gətirib. Bütün bu hadisələr 24 saat ərzində baş verib.
Gənc ana özünün də şoka düşdüyü hadisəni belə danışır.
"Doğmaqdan qorxurdum ancaq hər zaman uşaq sahibi olmaq istəyirdim. Hamilə olduğumu öyrəndikdə şoka düşdüm. Amma evə gəldikdən sonra sancılarım başladı. Bu qədər tez övladımın olması çox qəribədir".
Uşağın çəkisi 4 kq-dır və vəziyyəti yaxşıdır.