Obama 48-ci yerdə qərarlaşıb
Rusiya prezidenti Vladimir Putin dünyanın ən nüfuzlu şəxsi seçilib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, o, ardıcıl 4-cü dəfədir bu ada layiq görülür. Sorğunu Forbes dərgisi keçirib. Qəribə də olsa, Amerika Birləşmiş Ştatlarının eks prezidenti Barak Oabama siyahıda 48-cidir.
Forbes Putini uğurunu belə şərh edib. "Həm öz vətənində, həm Suriyada, həm ABŞ-da keçirilənprezident seçkilərində rus lider istədiyinə nail ola bilir.
Amerikan jurnalında ikinci yeri ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp, 3-cü yeri Almaniyanın kansleri Angela Merkel, 4-cü yeri Çin Xalq Respublikasının başçısı Si Cinpin tutur. Siyahıda ilk 5-liyi Roma papası Fransisk qapayır.