Ermənistan parlamentində ötən gün Qarabağda bundan sonra həlak olacaq və yaralanacaq erməni hərbi qulluqçularına görə sanballı kompensasiyaların verilməsini, bunun üçün hər işləyən vətəndaşdan ayda 1000 dram (2 dollara yaxın) pul tutulmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşdan keçib.

Unikal.org  virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan müxalifətinin və vətəndaş cəmiyyətinin kəskin etirazlarına səbəb olan, "dilənçilik adlandırılan bu qanun layihəsinin müzakirəsi zamanı müxalif "İrs fraksiyasının rəhbəri Zarui Postancyan müdafiə naziri Vigen Sərkisyanın arvadının sanballı sərvətə malik olması haqda danışıb. Və ondan bu sərvətin mənbəyi haqda soruşub.

Müdafiə naziri, bundan əvvəl prezident Serj Sərkisyanın administrasiyasına rəhbərlik etmiş Vigen Sərkisyan isə deyib ki, bu suala cavab vermək üçün gərək söyüş söyə. "Mən burada bir çıxışa əhəmiyyət verməyəcəyəm, bu da Zarui Postancyanın çıxışıdır. Çünki bildiyim erməni dilində bu çıxışa doğru cavab vermək üçün gərək söyüş işlədəm. Tərbiyəm isə söyüş söyməyə yol vermir-müdafiə naziri bildirib.