"Bu il Azərbaycana Rusiyadan gələnlərin sayı 7,1%, İrandan gələnlərin sayı 58%, Qazaxıstandan gələnlərin sayı 15,8% artıb.
Unikal.org xəbər verir ki, bunu Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "ASAN Viza portalının təqdimat mərasimində deyib.
Nazir müavini bildirib ki, Azərbaycana səfər edənlərin təqribən 70%-i ölkəmizlə vizasız sistemin tətbiq edildiyi xarici ölkələrdən gələn əcnəbidir.
N.Səmədov qeyd edib ki, elektron vizanın tətbiqindən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında artım baş verib:
"Hazırda əsas məqsədimiz nəinki beynəlxalq statuslu hava limanlarında, ümumilikdə bütün dövlət sərhəd-keçid məntəqələrində vizanın verilməsi imkanlarının yaradılmasıdır.