27.08.2025-ci il tarixində saat 05:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər evrir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir.
****09:22
Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili motosikletə çırpılıb. Qəza zamanı motosikletdə olan 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1985-ci il təvəllüdlü A.Məmmmədova,1984-cu il təvəllüdlü M.Məhərrəmov və 1972-ci il təvəllüdlü G.Abdullayevadır.Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Xatırladaq ki, qəzaya düşən motosikletin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə məxsus olduğu bildirilir. Məlumata görə, hadisə zamanı xəsarət alanlar süpürgəçilər olublar. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov