"2012-ci ildə qısa müddətdə "seks-turizmi ilə mübarizə isteriyası Ukraynanı bürüdü. Həmin vaxt Ukrayna futbol üzrə Avropa çempionatını qəbul etməyə hazırlaşırdı.
Unikl.org xəbər verir ki, bu haqda "Politico nəşri üçün yazdığı məqaləsində jurnalist və yazıçı Vidjey Maxeşvari bildirib.
Onun sözlərinə görə, həmin il çoxları futbol üzrə Avropa çempionatını qəbul etməyə hazırlaşan Ukraynada fahişəliyin bumunu proqnozlaşdırırdılar. Maxeşvari yada salır ki, barlarda qadınlar birbaşa soruşurdular: "Siz seks turistisiniz?
"Dörd ili keçdi. "Seks turisti ifadəsi dəbdən çıxdı. Ölkənin şərqində Rusiya ilə müharibə və kəskin iqtisadi azalmadan əziyyət çəkən ukraynalıların daha əhəmiyyətli narahatlılıqları var, nəinki şəhvətli turistlər, - müəllif yazıb.
Onun sözlərinə görə, indi Kiyev barlarında səni ehtimal ki, "casus adlandıracaqlar. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun baş direktoru Vladimir Paniotto bildirir ki, "Seks turizmi dörd il əvvəlki kimi problem deyil: "İndi bizi daha çox bizim beynəlxalq cəmiyyətə daxil olmaq cəhdlərinə mane olan qomofobiya narahat edir.
Keçmiş "seks turistləri Qərb ölkələrinin yaşlı kişiləri idi. İndi onların Ukraynaya səfərləri dayanıb. Müəllifin sözlərinə görə, bunun səbəbi qorxudur. Baxmayaraq ki, Ukrayna böyük şəhərləri təhlükəsizdir. Amma bununla belə, jurnalist güman edir ki, mətbuat jurnalist-dissidentlərin maşınlarına qoyulan bombalar və ölkənin şərqində baş verən müharibədəki itkilərə fokuslandığından Qərb ölkələrinin sakinlərinin əksəriyyəti Ukraynanı hələ də "qeyri-stabil ölkə hesab edirlər.
"İndi "seks-turistlər Tailand və hətta Rusiya kimi ucuz, qonaqpərvər və təhlükəsiz ölkələrə üstünlük verirlər, - yazıda qeyd edilib.
Maxeşvarinin sözlərinə görə, Maydan hadisələrindən sonra gənc ukraynalıların həyatı bir çox baxımdan daha ağır olub: maaşların azalması, yüksək inflyasiya. O, qeyd edib ki, çoxları hələ də Qərbdə daha sabit gələcəyi tapmaq istəyirlər və Avropa Birliyinin viza rejimini liberallaşdırmasını gözləyir. Müəllif proqnozlaşdır ki, Kiyevin Rusiya ilə barışmasından sonra "seks turistlərinin Ukraynaya qayıtması tamamilə mümkündür.
Vidjey Maxeşvari bildirir ki, Qərb sakinlərinin marşrutu dəyişdirdiyi bir vaxtda, Kiyev, Odessa və başqa şəhərlərə Türkiyədən "seks-turistlərin axını gücləndi. Müəllif onların o qədər qorxaq olmadığını hesab edir: "Onlar öz ölkəsində çevriliş cəhdini və terror aktlarını yaşadılar. Nə vaxtsa türk kişilərini qadınlara kobudluqda və hörmətsizlikdə ittiham edirdilər. Avropalı qonaqların axını dayandı, onların ulduzu parlamağa başladı. Kədərlidir ki, Avropaya birləşmək üçün mübarizə aparan və ora buraxılmayan ukraynalılar Türkiyə ilə münasibətlərdə təskinlik axtarırlar. Həmçinin hesab edirlər ki, Avropa Ukraynaya etinasızlıq göstərir.