Pekin ölkənin Hərbi-Dəniz Qüvvələrinin Cənub Çin dənizində saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarmağı qərara alıb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, dekabrın 15-də Çin Hərbi-Dəniz Qüvvələri Cənub Çin dənizində avtonom şəkildə idarə olunan sualtı pilotsuz aparat saxlayıb. Amerika tərəfinin bildirdiyinə görə, aparat Cənub Çin dənizinin beynəlxalq sularına ABŞ-ın "Bowditch okeanoqrafik gəmisindən elmi tədqiqat məqsədilə buraxılıb.
Pentaqonun mətbuat katibi Piter Kuk insidentdən sonra tədqiqatın beynəlxalq hüquq çərçivəsində aparıldığını və aparatın ABŞ-a qaytarılmasını tələb edib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hadisəyə görə Çini sərt tənqid atəşinə tutub.