Çinin Çançun şəhərində fransız rəssamı Nikolay Popov tərəfindən şokoladdan hazırlanmış təxminən 700 heykəl təqdim edilib.
Unikal.org xəbər verir ki, şokalad sərgisində Buddu, Çində inzibati binaların ənənəvi bəzəklərini xatırladan keşikçi şirlər və məşhur terrakota ordusunun azaldılmış surəti yer alıb.
Bundan başqa, eksponatların arasında Eyfel qülləsinin maketi, çayniklər, musiqi alətləri, çantalar və ayaqqabılar var. Rəssama şokolad heykəllərinin hazırlanması üçün 1500 kiloqramdan çox müxtəlif məmulatlar lazım olub.