ABŞ Türkiyənin Kayseri vilayətində törədilən terror aktını qətiyyətlə pisləyir və terror aktının araşdırılmasında Ankaraya öz dəstəyini təklif edir.
Unikal.org-un "TASS"-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ Türkiyə təhlükəsizlik qüvvələrinə növbəti terror hücumundan kədərlənib və hiddətlənib: "ABŞ bu mənfur aktı qətiyyətlə pisləyir və terrorla mübarizədə öz müttəfiqi Türkiyə ilə çiyin-çiyinə durub".
"Terrorçuların türk xalqına qarşı törətdiyi qeyri-insani aktlara heç bir bəraət qazandırmaq olmaz. Biz Türkiyə hakimiyyəti ilə hadisə ilə bağlı sıx əlaqədəyik və hadisənin araşdırılmasında öz dəstəyimizi təklif edirik" , - deyə Kirbi bildirib.