NATO-nun baş katibi Yens Stoltenberq Rusiya nümayəndələrinin iştirakı ilə Brüsseldə keçiriləcək toplantı zamanı Moskvaya Alyansın "soyuq müharibə"yə qayıtmaq niyyətində olmadığına dair mesaj verəcəyini bildirib.
Unikal.org bildirir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
"Dekabrın 19-na planlaşdırılan iclasa mesajımız belədir: NATO gərginlik istəmir, Alyans "soyuq müharibə" arzusunda deyil", - deyə o bildirib.
Qeyd edək ki, dekabrın 19-da Brüsseldə səfirlər səviyyəsində Rusiya-NATO Şurasının iclasının keçirilməsi planlaşdırılıb.