Sahibkar Eduardo Ernekyanın şirkətləri Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş binasında 5 ulduzlu mehmanxana açılışının imkanlarını araşdırırlar.
Unikal.org bildirir ki, bunu Ermənistan hökuməti yanında Dövlət əmlakını idarə etmə üzrə komitənin sədri Arman Saakyan deyib.
O, qeyd edib ki, mehmanxananın açılışı - binanın satışı haqda imzalanmış müqavilədəki öhdəliklərdən biridir.
Qeyd edək, E.Ernekyan (erməni mənşəli Arqentina milyarderi) həmin binanı hökumətdən 50,4 milyon dollara alıb. Yeri gəlmişkən, o, əvvəlki binanın yaxınlığında öz hesabına yeni hökumət korpusu tikdirib. Hazırda Xarici İşlər Nazirliyi, Ermənistanın Diaspora üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin elmi üzrə komitəsi məhz orada fəaliyyət göstərir.