Aktirsa Sinem Kobal İstanbulun Bebek ərazisində idman salonundan çıxanda kameralara tuş gəlib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, o, həyat yoldaşı Kənan İmirzalıoğlu arasında yaranmış soyuq münasibətlərə aydınlıq gətirib.
Jurnalistlərin Kənanın uşaq istəməsi barədə suala aktrisa belə cavab verib:
"Bunlar mənasız suallardır. Təbii ki, yalan xəbərlərdir. Evliliyimizə hörmət etməyinizi istəyirik.
Qeyd edək ki, bir müddət əvvəl cütlük arasında münasibətlərin gərginləşməsi ilə bağlı məlumatlar yayılıb. Buna səbəb Kənanın ata olmaq istəyi göstərilib. Sinem isə buna qarşı çıxaraq hələ karyerasını düşündüyünü bildirib.
Evliliklərinin səkkizinci ayında olan cütlüyün aralarındakı problemin getdikcə kəskinləşdiyi və hətta boşanacaqları iddia edilib.