Türkiyənin Qaziantep şəhərində muzey sahibi fıstıq ağacını pul ilə bəzəyib.

Unikal.com yerli mətbuata istinadən xəbər verir ki, muzeyin yiyəsi yeni il üçün qeyri-adi yolka hazırlamaq istəyib və belə bir addım atıb.

Məlumata görə, "Dövri Alem Para Muzeyinin sahibi kolleksioner Əsəd Qaplanın fərqli millətlərə aid 3 ton pulu olub. O, Yeni İl gecəsi üçün hazırladığı fıstıq ağacını 160 fərqli millətə aid tarixi pullarla bəzəyib.

Muzeyi ziyarət edənlər təəccübləndiklərini və çox bəyəndiklərini bildiriblər.

Qeyd edək ki, ağacın budaqlarında ümumi 185 min TL (52 min 873 dollar) olub.