Rusiyanın Yakutiya vilayətində təyyarə qəzaya uğrayıb.
Unikal.org "Ria-Novosti-yə istinadən yaydığı məlumata görə, vilayətin Tiksi yaşayış məntəqəsi yaxınlığında "İL-18 markalı təyyarə yerə düşərək 3 hissəyə ayrılıb. Göyərtəsində 7-si ekipaj üzvü, 32 sərnişin olan təyyarə Müdafiə Nazirliyinə məxsusdur. 20 nəfərin xəstəxanaya çatdırıldığı bildirilir. Onların əksəriyyəti ağır vəziyyətdədir.
Rusiya FHN və Milli Aviasiyanın 3 helikopteri hadisə yerinə cəlb olunub.