Hollivudun məşhur aktrisası Zsa Zsa Qabor 99 yaşında dünyasını dəyişib.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, aktrisa Los-Ancelesdə ürək çatışmazlığından vəfat edib.

1936-cı ildə Macarıstan gözəli seçilən və bir müddət Türkiyədə yaşayan Qabor ABŞ-a köçdükdən sonra Hollivudun ən cazibədar ulduzları sırasına qoşulub.

9 dəfə ailə quran aktrisanın ilk əri türk siyasətçi olub.