Türkiyə 2,7 milyon suriyalı qaçqın qəbul edib, bu isə həmin ölkəni daxili konflikt ucbatından tərk etmək məcburiyyətində qalan vətəndaşlarının yarısıdır.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Aİ işləri üzrə nazir və baş sözçü Ömər Çelik Dünya Qaçqınlar Günü ilə əlaqədar müraciətində bildirib.
Milyonlarla suriyalıdan başqa, son illər münaqişələrə görə milyonlarla iraqlı, yəmənli və liviyalı ölkəsini tərk etməli olub.
"Bu, İkinci Dünya müharibəsindən sonra ən iri məcburi köçkün axınıdır, - sənəddə bildirilir.
Türk xalqı qaçqınlara qarşı qonaqpərvərlik nümayiş etdirib, məlumatda deyilir.
"Türkiyə miqrasiya böhranının təsirini azaltmaq üçün əlindən gələni edib və edir. Bununla yanaşı, qaçqınlara görə məsuliyyəti bir neçə ölkə daşıyır. Bu istiqamətdə beynəlxalq təşkilatlar və ölkələr əlaqəli fəaliyyət göstərməlidirrlər, - sənəddə deyilir.