"Saxta profil yaradanlar arasında vacib şəxslər, məmurlar da var"

Unikal.org bildirir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" Mərkəzinin direktoru Osman Gündüz qafqazinfo-ya müsahibəsində deyib. O, qeyd edib ki, saxta profili təkcə sadə vətəndaşlar yaratmır:
"Bu, mənim subyektiv fikrimdir. Saxta profil yaradanlar təkcə sadə vətəndaşlar deyil ki, dövlət məmurları da var. Güman ki, məmurlar bu yolla kimlərəsə informasiya ötürür. Bu yolla onlara çəkindirici bir mesaj verilir. İstənilən halda bu qanunun çəkindirici məqamları daha çoxdur".