Bakı şəhərinin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 92 m2 olan tikinti materialları satışı mağazasının yanar konstruksiyaları 50 m2 sahədə və içərisində olan materiallar yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.