ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Sanksiya siyahısına 7 fiziki şəxs, 8 təşkilat və iki tankerin ("Marşal Jukov və "Stalinqrad tankerləri-red.) əlavə edildiyi bildirilir.
Həmçinin, "Novatek şirkətinə qarşı daha əvvəl tətbiq edilmiş sanksiyalar dəqiqləşdirilib. Belə ki, sanksiya siyahısına şirkətin 26 törəmə qurumunun hamısı daxil edilib.
Xatırladaq ki, ötən həftə Aİ liderləri də Rusiyaya qarşı sanksiyaların müddətini iyulun 31-dək uzadıblar.