Zaqatalada 25 yaşlı oğlanın bədbəxt hadisə nəticəsində əl barmaqları amputasiya olunub.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə dekabrın 19-u rayonun Zəyəm kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Nurlan İbrahim oğlu İsayev yaşadığı ünvanda qarşıdan gələn yeni il şənliyində istifadə etmək üçün el arasında "pojik kimi tanınan partlayıcı qurğu düzəldib. Nurlan İsayev düzəltdiyi partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman qurğu elə əlindəcə dağılıb. Nəticədə Nurlan İsayevin sol əlinin barmaqları ciddi xəsarət alıb.

O, Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Nurlan İsayevin sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nurlan İsayevin vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.