Həm Rusiya, həm də Türkiyə Andrey Karlov cinayətinin arxasında FETÖ şəbəkəsinin əli olduğunu bilir.
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı deyib.
Kerri də öz növbəsində yaşanan olaydan dərin kədər hissi keçirdiyini dilə gətirib.
Bundan əlavə tərəflər bu gün Moskvada Suriya böhranı ilə bağlı baş tutan Rusiya-İran-Türkiyə görüşünü müzakirə ediblər.