Bakı-Qazax magistral yolda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Şəmkir rayon Yeniabad kənd sakini, 1999-cu il təvəllüdlü Qədirov Sübhan "VAZ 2106" markalı avtomobili idarə edərkən Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Kür qəsəbəsinə dönən hissəsində ağaca çırpılıb. Məlumata görə, S. Qədirov epilepsiya xəstəsi olub, və qəzaya səbəb xəstəliyinin tutması olub.

S. Qədirov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə köçürülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.