Bakıda intihar olub.
Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.
Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
***
Bakıda təhsil alan Türkiyə vətəndaşı, 15 yaşlı Günler Şavval Ummuhan qızı intihar edib.
"Qafqazinfonun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Gənc qız litseydə 1 günlük cəzalandırılıb və buna görə valideynlərinin onu danlayacağından çəkindiyi üçün özünü 10-cu mərtəbədə yerləşən yaşadıqları mənzildən ataraq intihar edib.
İntihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O səfirin gömrük işləri üzrə müşaviridir.
***
Bakıda intihar edən türk diplomatın qızının nəşi ötən gecə ölkəsinə yola salınıb.
Apa-nın məlumatına görə, 15 yaşlı Şəvval Günlerin meyiti bu gün səhər saatlarında Türkiyəyə çatıb.
Agentliyin əldə etdiyi digər məlumata görə, hadisə baş verən vaxt qızın anası evdə olub. Səsə otağa girən ana qızını tapmayıb. Pəncərədən baxanda isə yerdə onun cansız vəziyyətdə uzandığını görüb.
***
Azərbaycanda intihar edən türk diplomatının qızının hansı litseyin şagirdi olduğu məlum olub.
APA-nın apardığı araşdırmalar nəticəsində 15 yaşlı Şəvval Günlerin Bakı Türk Anadolu Litseyinin tələbəsi olduğu müəyyənləşib.
Litseyin direktoru Rəcəb Batur APA-ya açıqlamasında Şəvval Günlerin litseydə cəza aldığını təsdiqləyib: "Lakin biz düşünmürük ki, o, məktəbdə cəza aldığı üçün özünə qəsd edib. Ola bilər ki, ailəsində problemlər olub. Çünki Şəvval Günler bu ayın 8-i cəza alıb, üstündən neçə gün keçib. Bu zaman sual yaranır, o niyə indi intihar etsin?
Direktor həmçinin qeyd edib ki, Şəvval Günler yaxşı oxuyan şagird olmayıb: "Qiymətləri aşağı idi. Çox böyük çevrəsi olan şagird deyildi, sakit uşaq kimi xarakterizə olunurdu.
Rəcəb Batur onu da qeyd edib ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq əməkdaşları litseyin müəllimlərinin ifadəsini alır.