Türkiyəli milyarder Əli Ağaoğlu bir neçə aydır ki, özündən 38 yaş kiçik balerina, pilates mütəxəssisi Duyğu Su Gülpınar ilə sevgilidir.
Unikal.org bildirir ki, aralarındakı yaş fərqinə görə balerina sosial şəbəkədə abunəçilər tərəfindən tez-tez tənqid olunur. O, "Əli Ağaoğlunun pulunu sevirsən, pulu olmasaydı, üzünə belə baxmazdın. Bir də uşaq doğ, həyatını zəmanət altına alarsan şəklindəki şərhlərin qarşısında sinirlərinə hakim ola bilməyib.
Duyğu Su Gülpınar onu tənqid edənlərə belə cavab verib:
"Məni tənqid edən qadınlar Əli çağırsa, qaça-qaça gedərlər. Mənim üçün Əli bəy "Ağa deyil. Mən onu sizin kimi görmürəm. Əlinin pulunu deyil, qəlbini sevirəm. Bir azdan "Rolls Royce maşınımla işimə gedəcəyəm. Siz də oturub evləndirmə proqramlarını izləyərək mənə pis şərh yazın. Uşaq dünyaya gətirib evdə oturmağı seçən qadınlar kimi rahat həyatı seçmədim. Çalışıram, inkişaf edirəm. Pulu sonradan görməmişəm.
Məlumat üçün bildirək ki, 61 yaşlı Əli Ağaoğlu məşhur sağlamlıq və idman kompleksini 23 yaşlı balerina sevgilisinə hədiyyə edib.
Əli Ağaoğlu isə müsahibələrinin birində sevgilisiylə arasında 38 yaş fərqinin onu narahat etmədiyini söyləyib:
"Vəsiqədəki yaşım 22, könül yaşım 18, seks yaşım 18-dir".