Azərbaycanın Nazirlər Kabinetinin strukturuna 19 nazirlik daxildir. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, nazirliklərin sayı İtaliyada 14, Almaniyada və Belçikada 11, İspaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökumət qurumu fəaliyyət göstərir.

Unikal.org Azərbaycanda nazir müavinlərinin statistikasını araşdırıb. Məlum olub ki, ölkədə 19 nazirin 60 müavini var.

Müdafiə Nazirinin müavini Nəcməddin Sadıqov, Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev 23 ildir ki, bu postda vəzifə tuturlar. Onlar 1993-cü ildən təmsil etdikləri qurumlarda nazirlərin bir neçə dəfə dəyişlməsinə baxmayaraq nazir müavini kimi qala biliblər.

Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov 1994-cü ildən, Xarici İşlər Nazirinin müavini Xələf Xələfov 1997-ci ildən, Daxili İşlər Nazirinin müavini Oruc Zalov 1998-ci ildən, Səhiyyə Nazirinin müavinləri Abbas Vəlibəyov, Elsəvər Ağayev, Mədəniyyət Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Maliyyə Nazirinin müavini İlqar Fəti-zadə 1999-cu ildən bu vəzifəni icra edirlər.

Xarici İşlər Naziri Elmar Məmmədyarovun 4 müavini var.

Araz Əzimov 1994-cü ildən indiyə kimi - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müavini vəzifəsində çalışır.

Xələf Xələfov 1997-ci ildən indiyə kimi - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini vəzifəsin icra edir.

Mahmud Məmmədquliyev 1993-cü ildən indiyə kimi - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışır.

Hafiz Paşayev 2006-cı ilin avqustun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavinivəzifəsinə təyinat alıb.

Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimovun 2 müavini var.

O 7 fevral 2006 nazir postuna təyinat aldıqdan sonra İntiqam Babayev və İsmayıl İsmayılov onun müavinləri təyin olunublar.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun üç müavini var.

Firdovsi Əliyev 2004-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.

Novruz Quliyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.

Rauf Hacıyev 2011-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.

Səhiyyə Naziri Oktay Şirəliyevin 3 müavini var.

Bunlar Abbas Vəlibəyov, Nigar Əliyeva, Elsəvər Ağayevdir.

Abbas Vəlibəyov və Elsəvər Ağayev 1999-cu ildə nazir müavini vəzifəsində çalışır. Nigar Əliyeva 2009-cu il fevral ayının 13-də nazir müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heyədorovun 6 müavini var.

Rəfail Mirzəyev birinci müavin, Faiq Tağızadə 3 may 2006-cı ildə nazir müavini postuna təyin olunub.

Etibar Mirzəyev, Ragim Lətifov və Orucəli Hacıyev isə 18 avqust 2006-cı il tarixində bu posta təyinat alıb.

Teymur Mehdiyev və Tapdıq Əmiraslanov 5 may 2014-cü il tarixində nazir müavini postuna təyinat alıblar.

Təhsil Naziri Mikayıl Cabbarovun iki müavini var.

Nazirin birinci müavini Ceyhun Bayramov 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.Firudin Qurbanov 18 iyul 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının təhsil nazirinin müavindir.

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin 4 müavini var.

Nazirin birinci müavini Vaqif Əliyev 1994-2001-ci illərdə gənclər, idman və turizm nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub.

Ədalət Vəliyev (1993-2006)2006-cı ildən nazirinin müavini vəzifəsində çalışır.

Sevda Məmmədəliyeva 1999-cu il ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavinidir.

Nazim Səmədov 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavinidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun 4 müavini var.

Nazirin birinci müavini İdris İsayev 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Mətin Kərimli 2014-cü il 20 fevral tarixli 280 nömrəli Sərəncamı ilə Azərbaycan

Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Natiq Məmmədov 2006-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinidir.

İlqar Rəhimov 1993-1999-cu illərdə nazir müavini, 1999-2004-cü illərdə nazirin birinci müavini, 2004-cü ilin noyabr ayından indiyədək nazir müavini vəzifəsində çalışır.

Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədovun iki müavini var.

Seyfəddin Talıbov 2014-cü ildə nazir müavini təyin edilib.

İlham Quliyev 2004-cü ildən nazir müavini vəzifəsini icra edir.

Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilən Ramin Quluzadənin üç müavini var.

Əli Abdullayev İlham Əliyevin Sərəncamı ilə, 23.06.2016-cı il tarixində Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

İltimas Məmmədov 2005-ci ildə rabitə və informasiya texnologiyalari nazirinin müavini təyin edilib.

Elmir Vəlizadə 2007-ci ildən rabitə və informasiya texnologiyalari nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun iki müavini var.

Bunlar Musa Pənahov Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cı il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Arif Əsgərov Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

Maliyyə Naziri Samir Şərifovun iki müavini var.

İlqar Fəti-zadə 1999-cu ildən Azərbaycan Respublikasının Maliyyə nazirinin I müavini vəzifəsində çalışır.

Azər Bayramov 2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

İqtisadiyyat Naziri Şahin Mustafayevin 4 müavini var.

Niyazi Səfərov 17 fevral 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsində çalışır.

Sevinc Həsənova 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub.

Sahil Babayev 13 mart 2014-cü il tarixli Sərəncamı ilə nazir müavini təyin edilib.

Sahib Məmmədov 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Vergilər Naziri Fazil Məmmədovun 4 müavini var.

Sahir Məmmədxanov nazirin birinci müavini vəzifəsində çalışır. O 04 mart, 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

Namiq Əliyev Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini təyin olunub.

Sahib Ələkbərov 2010-cu il iyul ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 996 saylı sərəncamı ilə Vergilər nazirinin müavini təyin edilib.

İlkin Vəliyev Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Energetika Naziri Natiq Əliyevin iki müavini var.

Gülməmməd Cavadov 2006-cı ildən Azərbaycan Respublikası Energetika nazirinin müavini vəzifəsində çalışır.

Natiq Abbasov 2009-cu ildən Azərbaycan Respublikası Energetika nazirinin müavini vəzifəsində çalışır.

Daxili İşlər Naziri Ramil Usubovun da 5 müavini var.

Vilayət Eyvazov nazirin birinci müavini vəzifəsini icra edir. O Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunub.

Oruc Zalov Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

İsmət Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin müavini təyin olunub.

Şahin Məmmədov Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin olunub.

Fazil Quliyev 2013-cü ildə daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş, general-polkovnik Zakir Həsənovun 2 müavini var.

Nəcməddin Sadıqov 2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə Nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev

Müdafiə Sənayesi Naziri Yavər Camalovun iki müavini var.

Yəhya Musayev Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Tofiq Rəfiyev Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin olunub.

Ədliyyə Naziri Fikrət Məmmədovun üç müavini var.

Toğrul Musayev 2000-ci ilin iyun ayından Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Vilayət Zahirov 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

Azər Cəfərov 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviridir.

Elvin Rüstəmov