Bir müddət əvvəl paytaxtda sərnişin daşıyan marşrutların əksəriyyəti gediş haqqlarının kartla ödənilməsi sisteminə keçdi. Bundan sonra ənənəvi problemlərin öz həllini tapacağı proqnozlaşdırılsa da, real görüntülər başqa mətləblərdən xəbər verir.

Unikal.org-un əməkdaşı bu barədə kiçik araşdırma aparıb. Məlum olub ki, kartla ödəniş sisteminə keçən marşrutların bir çoxlarında, xüsusilə 88 saylı marşrutda sürücülər kartla bərabər, nəğd şəkildə də ödəniş qəbul edirlər. Adının açıqlanmasını istəməyən sürücülərdən biri deyib ki, yenə də plan vermək kimi problemlə üzləşmişik: "Bizə şərt qəyublar ki, hər gün 1100 gediş sistemə vurulmazsa, maaşlarımızı verməyəcəklər. Biz də məcbur olub nəğd şəkildə də gediş haqqı qəbul edirik. Günün sonunda 1100 gediş sistemə vurulmadığı halda əmək haqqımızı vermirlər. Əgər 1100-dən az olarsa, mən onu öz cibimdən ödəməliyəm.

Məsələ ilə bağlı aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq...