İndoneziyanın Gili adasında Avstraliyalı iki turistə qarşı «Rüsvayçılıq yürüşü» həyata keçirilib.
Unikal.org-un xarici mediaya istinadən məlumatına görə, bu barədə Lombok adasının yaxınlığında yerləşən kurortun nümayəndələri bildirib.
Polisin müşaiyyətində olan gənc qadın və kişi, boyunlarında ingilis dilində "Mən oğruyam. Mənim etdiyimi, siz etməyin" yazılan lövhə ilə bütün küçələri gəzdirilib.
Yerli Administrasiya rəhbəri Məhəmməd Tofiq bildirib ki, avstraliyalılar qaldıqları oteldən velosiped oğrulayıblarmış. Hüquqmühafizəçilər hadisədən bir gün sonra onları tutub. "Rüsvayçılıq yürüşü"ndən sonra gənc cütlük adadan çıxarılıb.
Administrasiya rəhbəri həmçinin bəyan edib ki, adada bu növ cəzalandırma yerli və ya xarici olmasından asılı olmayaraq hər kəs üçün istinasız uzun illərdir ki, həyata keçirilir.