Argentinalı məşhur futbolçu Diyeqo Armando Maradona son davranışıyla pərəstişkarlarını şok edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, adı "qırmızı kitab"da olan, amma dünyada az rast gəlinən Ərəb Oriksi adlı Antilobu ovlayan futbolçu əlində ov tüfəngi ilə poza verib.

Dünyada qadağan edilmiş heyvanı ovladığına görə, futbolçuya qarşı Cənubi Amerikada böyük bir üsyan qalx;b. 

Argentinanın rəsmi qəzeti də Maradonanın bu heyvanı öldürdüyünə və üstəlik qürurla ictimayyətə təqdim etməsinə görə böyük reaksiya göstərib.